Ermənistandakı seçki kampaniyasında Azərbaycana qarşı təxribat | VİDEO

   Ermənistandakı seçki kampaniyasında Azərbaycana qarşı təxribat    | VİDEO
  08 Aprel 2026    Oxunub:2054
Oliqarx, Rusiyanın "adamı" Samvel Karapetyanın partiyası seçki kampaniyası çərçivəsində Süni İntellekt ilə generasiya olunmuş təbliğat videosu yayıb.
Videoda guya gələcəkdə müəllimə uşaqlara tarix dərsi keçir. Deyir ki, qorxaqlar (yəni Paşinyan) hakimiyyətə gələndə "Artsax"ı itirmişdilər, sonra güclü lider (yəni Samvel) gəldi və geri qaytardı. Hətta Qarabağın Ermənistana birləşdirilmiş xəritəsi də nümayiş etdirilir.



Bu video açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatdır. Azərbaycan torpaqları hansı ölkənin daxili siyasətinin predmeti ola bilməz!!!

AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti